Ronaldu “Yuventus”la bağlı qərarını açıqlayıb

 20:19 16.07.2021     89

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu müqavilə müddətinin sonuna qədər klubda qalmağa qərar verib.

Redaktor.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, portuqaliyalı hücumçu öz gələcəyi ilə bağlı yekun qərarını verib. Ronaldu 30 iyun 2022-ci ildə başa çatacaq müqaviləsinin sonuna qədər “Yuventus”da qalmaq istədiyini klub rəhbərliyinə çatdırıb. //Oxu.az