"Qarabağ"ın sabiq qapıçısı "Everton"a keçib

 01:03 18.07.2021     344

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən Bosniya və Herseqovina yığmasının 34 yaşlı qolkiperi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə "Bornmut"u olan Asmir Beqoviç 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. //Big.az

Vumart və Güvən reklamı Vumart Güvən