Almaniya komandası irqi təhqirə görə meydanı tərk edib

 23:39 17.07.2021     119

Bu gün, 17 iyul, Almaniya və Hondurasın olimpiya futbol komandaları yoldaşlıq görüşü keçirib. Görüş 85 dəqiqə davam edib və 1:1 bərabərliklə başa çatıb.

Redaktor.az xəbər verir ki, oyunun bitməsinə beş dəqiqə qalmış Almaniyanın U23 komandası meydanı tamamilə tərk edib.

Almaniyanın gənclərdən ibarət komandalarının mətbuat xidmətinin “Twitter” hesabında yer alan məlumata görə, futbolçuların getməsinə səbəb Almaniya millisinin müdafiəçisi Cordan Torunariqa qarşı irqçi təhqir olub. Təhqiri Hondurasdan olan bir futbolçu edib.

Tokyo Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fildişi Sahili və Səudiyyə Ərəbistanının milli komandalarına qarşı oynayacaq. Honduras B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oyunlar keçirəcək. Olimpiya futbol turniri 22 iyulda başlayır. //Oxu.az