"Zirə"nin Türkiyə toplanışı ləğv edilib

 14:58 18.07.2021     353

Azərbaycanın "Zirə" futbol komandasının Türkiyə toplanışı ləğv edilib.

Redaktor.az xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən