“Qızıl top"un favoriti Messidir" - BAŞ MƏŞQÇİ

 23:38 18.07.2021     80

“Barselona”nın baş məşqçisi Ronald Kuman klubla müqaviləsi başa çatan Lionel Messi haqqında danışıb.

Redaktor.az xəbər verir ki, 58 yaşlı mütəxəssis klubun saytına açıqlamasında bu mövsüm “Qızıl top”u qazanmaq üçün 34 yaşlı hücumçunu əsas favorit hesab etdiyini bildirib:

“Messi bizim üçün həyati əhəmiyyət kəsb edir. O, komanda üçün çox şey edir və kapitan kimi hər kəsə örnək olur. Mövsümə çətin başlasa da, sonradan çox yaxşı nəticələr əldə etdi. Messi ötən mövsüm dünyanın ən yaxşı oyunçusu olduğunu sübut etdi. Amerika kubokunu qazanmağı nə qədər çox istədiyini bilirdim. Sonda bunu da bacardı. Məncə, bu il “Qızıl top”un qalibi olmaq üçün bir nömrəli namizəd Messidir”.

Qeyd edək ki, Messi başa çatan mövsüm “Barselona”da 38 qol vurub və 12 qolun ötürməsini verib. Həmçinin o, Argentina millisi ilə Amerika kubokunun da qalibi olub. Messi bu yarışda 4 qol vurmaqla və 5 qolun ötürməsini verməklə turnirin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, “Barselona”nın Messi ilə 5 illik yeni müqavilə barədə razılığa gəldiyi haqda xəbərlər yayılıb. //Qol.az