Hemilton Böyük Britaniya Qran Prisinin qalibi olub

 00:20 19.07.2021     279

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula 1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub.

Redaktor.az xəbər verir ki, yarışı ikinci yerdə "Ferrari" komandasının pilotu Şarl Lekler, üçüncü yerdə isə "Mercedes" komandasının pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula 1"-in növbəti mərhələsi iyulun 30-dan avqustun 1-dək Macarıstanda keçiriləcək. //Trend.az