“Qarabağ” “Aşdod”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb - SİYAHI

 03:12 19.07.2021     85

“Qarabağ” klubunun UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Aşdod”u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytında verilən məlumata görə, əsas siyahıya 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 1 hücumçu daxil edilib. Ehtiyat siyahıda isə 5 oyunçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes;

Hücumçular: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, “Qarabağ” “Aşdod”la ilk matçını iyulun 22-də Bakıda, cavab görüşünü iyulun 29-da İsraildə keçirəcək. //Oxu.az