"Neftçi"nin mümkün rəqibi müəyyənləşib - ÇL

Çempionlar Liqasının III təsnifat mərhələsində Çempionlar yolunun püşkü atılıb.
Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin mümkün rəqibi müəyyənləşib.
II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq Samir Abasovun yetirmələri turu adlasa, “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. Bu raundun qarşılaşmaları avqustun 3-4-də və 10-da baş tutacaq. “Olimpiakos” – “Neftçi” cütünün qalibi ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, Azərbaycan və Yunanıstan çempionları arasında ilk qarşılaşma iyulun 21-də Pireydə, cavab görüşü iyulun 28-də Bakıda təşkil olunacaq. //APA