“Qalatasaray”ın Çempionlar Liqasında - MÜMKÜN RƏQİBİ

 01:02 20.07.2021     300

Çempionlar Liqasının III təsnifat mərhələsində Liqa yolunun püşkü atılıb.

Redaktor.az
xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubunun mümkün rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi II təsnifat mərhələsində Niderland təmsilçisi PSV-ni keçsə, "Seltik" (Şotlandiya) - Mitdyuland (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək. III təsnifat mərhələsinin ilk matçları avqustun 3-4-də, cavab oyunları 10-da baş tutacaq. Türkiyəlilər turu keçsə, növbəti mərhələyə evdə başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa “Legiya”sının da mümkün rəqibi bilinib. Varşava təmsilçisinin Estoniya “Flora”sı ilə Çempionlar yolunda tur adlasa, “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 21-də və 28-də keçiriləcək. //Lent.az