"Qarabağ"ın oyununun baş hakimi dəyişdi

 17:58 20.07.2021     89

"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunun baş hakimi dəyişib.

Redaktor.az xəbər verir ki, görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi polşalı Kşiştof Yakubik idarə etməyəcək.

Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Ona polşalı Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq. //Report.az