Acun Mesut Özilin transferinə köməyindən danışıb

 08:39 21.07.2021     78

"TV8" və "Exxen"in sahibi Acun İlicalı Mesut Özilin "Fənərbağça"ya transferi barədə danışıb.

Redaktor.az xəbər verir ki, Acun Mesutla dostluğundan istifadə edərək onu İstanbul təmsilçisinə keçməyə inandırdığını bildirib:

"Fənərbağça" azarkeşlərinin bir xəyalı var idi. O da Mesutun "Fənərbaxça"ya gəlməyi idi. Klub prezidenti bu trasfer üçün çox çalışdı. Mən də Mesutla aramızdakı dostluqdan istifadə etdim. Bu, inandırıcı oldu və işə yaradı.

Mesut uşaqlığından bəri "Fənərbaxça" azarkeşidir. Ona çox ciddi transfer təklifləri gəlsə də, Mesut Türkiyəni seçdi. Başqa komandaların azarkeşlərinin bu hadisəyə reaksiya verəcəyini düşünmürəm. Mənim "Fənərbağça"ya dəstəyim digər komandalara da örnək olmalıdır". //Qol.az