"Yuventus" Demirala qiymət qoyub

"Yuventus" futbolçusu Merih Demiralın transfer dəyərini müəyyənləşdirib.
Redaktor.az xəbər verir ki, 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublar 40 milyon avro ödəməli olacaqlar. Lakin Demiralın Turin təmsilçisindən gedib-getməyəcəyinə baş məşqçi Massimiliano Alleqri qərar verəcək. Türkiyə millisinin üzvü ilə "Roma" və "Atalanta" da yaxından maraqlanır.
Qeyd edək ki, Demiral "Yuventus"a 2019-cu ildə 18 milyon avro qarşılığında "Sassuolo"dan keçib. //Sherg.az