Edqar Davids istefaya göndərilib

 00:41 21.07.2021     75

Portuqaliyanın “Olhanense” klubu baş məşqçi Edqar Davidslə yolları ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Davidsin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davids bu ilin yanvarından “Olhanense”ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə 3-cü divizionda ötən mövsümü 3-cü sırada bitirib.

Qeyd edəkk i, 2012-2014-cü illər aralığında “Barnet”i çalışdırıb. 48 yaşlı məşqçi futbolçu karyerası dönəmində “Ayaks”, “Milan”, “Yuventus”, “Barselona”, “İnter”, “Tottenhem”, “Kristal Pelas” kimi klublarda çıxış edib. //Sherg.az