Yay Olimpiya oyunlarında ilk yarışlar başlayıb

 11:45 21.07.2021     272

Yaponiyada Tokio-2020 Yay Olimpiya oyunları çərçivəsində ilk yarışlar baş tutub.

Redaktor.az-ın məlumatına görə, Fukusima şəhərinin beysbol arenasında qadınlar arasında softbol yarışları başlayıb.

İlk matçda Yaponiya Avstraliyanı 8-1 hesabı ilə məğlub edib.

Bu gün, həmçinin qadınlar arasında futbol yarışlarına da start veriləcək.

Qeyd edək ki, Olimpiya oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışlar avqustun 8-dək davam edəcək. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən