"Neftçi" İsrailə tam heyətlə yollanıb

 19:24 25.08.2021     315

"Neftçi" "Makkabi"yə qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İsrailə yola düşüb.

Redaktor.az-ın məlumatına görə, komanda səfərə tam heyətlə yollanıb.

"Ağ-qaralar"ın heyətində cəzalı Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı Hayfadakı matçda meydanda çıxmayacaq.

Qeyd edək ki, avqustun 26-da "Sami Offir" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3. //Report