"Neftçi" "Sammi Ofer" stadionunda məşqə çıxıb

 00:10 26.08.2021     281

"Neftçi" İsraildə "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə son məşqinə çıxıb.

Redaktor.az-ın məlumatına görə, Hayfa şəhərindəki "Sammi Ofer" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk matçda heç-heçə qeydə alınıb - 3:3. //Report