“Keşlə”nin futbolçusu 4 oyunluq diskvalifikasiya olunub

 13:32 26.08.2021     271

“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev cəzalanıb.

Redaktor.azn məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, Azərbaycan Premyer Liqasının II turunun “Qəbələ” – “Keşlə” oyunundakı hərəkəti üzündən 4 matçlıq diskvalifikasiya edilib. Buna futbolçunun 90+5-ci dəqiqədə hakimi təhqir etməsi və qırmızı vərəqə alması səbəb olub.

“Keşlə” buna görə maliyyə cəzası da alıb. Bakılılar 3200 manat cərimələnib. //Apasport