AFFA “Qəbələ” və “Neftçi”ni cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının II turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
“Keşlə” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimələnib.
“Zirə” ilə səfər matçında 5 futbolçusu sarı vərəqə alan “Neftçi”nin də cəzası eyni olub.