Portuqaliya millisinin Azərbaycanla oyunda heyəti açıqlanıb

DÇ-2022-də Azərbaycan yığması ilə eyni qrupda yer alan Portuqaliya millisinin heyəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, baş məşqçi Fernandu Santuş sentyabrda keçiriləcək oyunlar üçün futbolçuların adlarını mətbuat konfransında elan edib.
O, İrlandiya ilə ev, Azərbaycanla səfər matçında güvənəcəyi oyunçuları dəqiqləşdirib. Bu matçlar sentyabrın 1-də və 7-də keçiriləcək. Portuqaliyalılar həmçinin bu heyətlə ayın 4-də Qətərə qarşı yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qapıçılar: Entoni Lopes, Dioqo Kosta, Rui Patrisio;
Müdafiəçilər: Joao Kanselo, Rikardo Pereyra, Dominqos Duarte, Qonsalo İnaçio, Pepe, Ruben Dias, Nuno Mendes, Rafael Gereyro;
Yarımmüdafiəçilər: Joao Palinya, Danilo Pereyra, Ruben Neves, Bruno Fernandes, Joao Mario, Joao Moutinyo, Otavio Monteyro, Bernardo Silva;
Hücumçular: Kriştiano Ronaldo, Andre Silva, Dioqo Jota, Qonçalo Qedeş, Pedro Qonçalveş, Rafa Silva.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu Bakıda baş tutacaq. //Apasport