"İnter" yeni transferini açıqlayıb

 17:36 26.08.2021     281

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, ölkə çempionu argentinalı Xoakin Korrea ilə anlaşıb.

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xoakin Korrea son olaraq İtaliyada "Latsio"nun formasını geyinib. //Report.az