Türkiyədə 257 nəfər koronavirusdan vəfat edib

 21:31 26.08.2021     88

Türkiyədə koronavirusla bağlı avqustun 26-na olan vəziyyət açıqlanıb. Ölkədə virusdan ölənlərin sayında ciddi artım qeydə alınıb.

Redaktor.az xəbər verir ki, sutka ərzində ölkədə 297 068 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 19 616 nəfər təşkil edib.

257 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 15 205 nəfərə çatdığı bildirilib.