"Qarabağ" fantastik oynadı" - "Aberdin"in kapitanı

 14:28 28.08.2021     106

"Bizi daha yaxşı komanda məğlub etdi. Gözəl futbol oynadılar və bu, bizim günümüz deyildi. İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik çıxış etdi. Ən yaxşı komanda qrup mərhələsinə yüksəldi".

Redaktor.az "The Press and Journal"a istinadə xəbər verir ki, bu sözləri "Aberdin"inin kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində  "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları  cavab oyunu barədə danışarkən deyib.

O bildirib ki, ilk qoldan sonra komanda üçün çətin olub: "Bacardığımız qədər yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma  bu da təcrübədir".

Braunun sözlərinə görə, "Qarabağ"ın səviyyəsinə çatmaq üçün çox çalışmalıdırlar: "İki komanda arasındakı böyük fərqi hamı gördü. "Qarabağ" əla təşkilatlanmış klubdur. Heyətində yaxşı oyunçular var". //Qol.az