Azərbaycan dördüncü qızıl medalı qazanıb - Paralimpiya Oyunları

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan dördüncü qızıl medalı qazanıb.
Redaktor.az-ın xəbərinə görə, cüdoçumuz Sevda Vəliyeva (-57 kq) buna nail olub.
O, finalda Parvina Səməndərova (Özbəkistan) ilə qarşılaşıb və rəqibini vaza-ari xalı ilə məğlub edərək qızıl medalı aktivinə yazdırıb.