Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

 17:34 28.08.2021     100

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Report-a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıda yaşaya bilməyəcəyini əsas gətirərək, "ağ-qaralar"a keçməkdən imtina edib: "Şəhərlə, bazamızla tanış olduqdan sonra dedi ki, müqavilə şərtləri ilə bağlı heç bir problem yoxdur, sadəcə, burada yaşamaq mənim üçün çətin olar. Şəraiti bəyənmədiyi üçün müqavilə bağlamadı".

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan forvard ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.