Tokio 2020: Yeddinci "qızıl" dünya rekordu ilə gəldi

 17:52 28.08.2021     102

Azərbaycan atleti Həmid Heydəri Tokio 2020 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Redaktor.az xəbər verir ki, nizəatma növündə F57 kateqoriyası üzrə yarışan 30 yaşlı idmançımız 51.42 metr nəticə göstərərək, yeni dünya rekordu müəyyənləşdirib.

Beləliklə, Azərbaycan komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında əldə etdiyi qızıl medalların sayı yeddiyə çatıb. Ölkəmizin hesabında yarışların iki bürünc mükafatı da var.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq. //Fanat.az