Para-üzgüçümüz Tokio-2020 finalına yüksəlib

 08:36 29.08.2021     80

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya oyunlarında növbəti mübarizəyə qoşulub.

Redaktor.az xəbər verir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.

27 yaşlı R.Saley 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.