Tokio-2020: Qadın paracüdoçu finala yüksəlib

 09:08 29.08.2021     278

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kərimova finala yüksəlib.