Azərbaycan idmançılarından növbəti rekord

 10:43 29.08.2021     109

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, bu gün səhər azərbaycanlı atlet Elvin Astanov nüvə itələmə idman növündə həm qızıl medal qazanıb, həm də 8,77 metr nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.

Bu, azərbaycanlı idmançıların Tokio-2020 Yay Paralimpiya Oyunlarda müəyyənləşdirdiyi ikinci rekorddur.

E. Astanovun qələbəsi ilə komanda hesabında Azərbaycanın qazandığı qızıl medalların sayı 8-ə çatıb, medal sayına görə isə ölkəmiz 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, dünən nizə atmada Həmid Heydəri yeddinci qızıl medalı qazanıb. O, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna da imza atıb.