Manuel Noyer Bundesliqa tarixinə düşüb

 18:57 29.08.2021     363

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa tarixinə düşüb.

Redaktor.az-ın məlumatına görə, Almaniya millisinin qapıçısı çempionatda 205-ci quru oyununu keçirib.

Bu, “Herta” ilə matçda (5:0) rəsmiləşib. Noyer Bundesliqa tarixində ən çox quru oyun keçirən qapıçı adına yiyələnib.

O, əfsanəvi Oliver Kanı arxada qoyub. Sonuncunun hesabında 204 quru oyun var. //APA