Azərbaycan Paralimpiadada 13-cü medalını qazanıb

 10:27 30.08.2021     217

Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb.

O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.

Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 3 bürünc medal əldə ediblər. //Apasport.az

Vumart və Güvən reklamı Vumart Güvən