"Qarabağ"ın legioneri milliyə dəvət alıb

 12:00 30.08.2021     72

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

Redaktor.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2022-ci dünya çempionatının seçmə oyunları üçün heyətə cəlb edilib.

Qeyd edək ki, Kabo-Verde sentyabrın 1-də Mərkəzi Afrika Respublikası, sentyabrın 7-də isə Nigeriya ilə üz-üzə gələcək. //Report