Lüksemburq - Azərbaycan oyununun hakimləri açıqlanıb

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Bosniya və Herseqovinadan Irfan Peljto olacaq.
Ona yan xətt hakimləri Senad Ibrisimbegović və Davor Beljo köməklik göstərəcək. Dördüncü hakim Admir Šehović olacaq. //Report