Azərbaycan Kubokunun final vaxtı bilinib

 17:13 30.08.2021     68

Futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün final oyununun vaxtı açıqlanıb.

Redaktor.az xəbər verir ki, həlledici qarşılaşma 2022-ci il mayın 27-də keçiriləcək.

Qeyd edək ki, ölkə kubokunda yeni mövsümə dekabrın 10-da 1/8 final mərhələsinin görüşləri ilə start veriləcək.