Hacı Əliyev: Sağ gözümdə mirvari suyu əmələ gəlib

“Olimpiadadan qabaq gözümdən əməliyyat olunmuşdum. Narkozla 2,5 saat ərzində əməliyyat çarpayısına uzanmışdım. Ondan sonra 3-4 ay məşq etmək olmazdı. Amma Paşa Qəlbinurun oğlu olan Tural həkim mənə dedi ki, zəmanət verirəm, gedib məşq edə bilərsən. Mən də gedib Olimpiadada medal qazandım”.
Redaktor.az xəbər verir ki, bunu sərbəst güləşçimiz Hacı Əliyev deyib.
Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış güləşçimiz 2-10 oktyabr tarixlərində Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib:
“İndi əməliyyat olunan sağ gözüm tutulub. Gözümdə mirvari suyu əmələ gəlib. Ona görə də gələn ay əməliyyat olunmalıyam. Əməliyyatdan sonra 1-2 ay güləşə bilmərəm. Ümumiyyətlə, hələ karyeram barədə yekun qərar verməmişəm”. //Oxu.az