“Araz-Naxçıvan”ın rəqibləri bəlli olub - Çempionlar Liqası

 06:22 31.08.2021     288

Futzal üzrə Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub.

Joze Alesionun baş məşqçisi olduğu komanda bu raundda VI qrupunda yer alacaq. “Araz-Naxçıvan” "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "Qalati" (Rumıniya) ilə qarşılaşacaq. Bu qrupun matçları Ukraynada baş tutacaq.

Qeyd edək ki, əsas mərhələ oktyabrın 26-31-də keçiriləcək. //Apasport.az