Mahir Emreli komandasının ən yaxşı futbolçusu seçilib

 09:11 31.08.2021     70

Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Krakov "Visla"sına qarşı keçirdikləri VI tur matçında komandasının ən yaxşısı seçilib.

Redaktor.az-ın məlumatına görə, "Legia.net" nəşri Varşava təmsilçisinin oyunçularını 1 - 10 arasında qiymətləndirib.

Azarkeşlər arasındakı səsvermənin yekununda Emreli komanda yoldaşlarını geridə qoyub - 5,83.

Qeyd edək ki, qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə bitib. 46-cı dəqiqədə oyuna daxil olan Emreli 65-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol qeydə alınmayıb. //Report