"Yuventus" Ronaldu ilə vidalaşıb

 10:55 31.08.2021     74

İtaliya "Yuventus"u İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldu ilə vidalaşıb.

Redaktor.az xəbər verir ki, "qoca sinyora" 36 yaşlı hücumçuya təşəkkür edib.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb. //Report