Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb

 15:43 31.08.2021     113

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, idmançı qadınların 100 m məsafəyə qaçışında fərqlənib.

11,99 saniyə ilə şəxsi rekorduna imza atan Lamiyə Vəliyeva 2-ci yeri tutub.

Bununla da yığmamız Tokio-2020-dəki medal sayını 15-ə çatdırıb. Bu, komandamızın ilk gümüş medalı olub. Digər mükafatlardan 10-u qızıl, 4-ü bürüncdür.