“Neftçi”nin sabiq prezidentinin vəziyyəti ağırlaşdı

“Neftçi" Futbol Klubunun ilk prezidenti, Prezident təqaüdçüsü, dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Aydın İbrahimov ağır xəstədir.
Redaktor.az xəbər verir ki, bu barədə onun doğmaları sosial şəbəkələrdə məlumat yayıblar. Onlar A.İbrahimovun koronavirusa yoluxduğunu, xəstəxanaların onu qəbul etməkdən imtina etdiyini yazıblar.
“Biz bilmirik ki, onun xəstəxanaya qəbul olunması üçün hara müraciət edək” – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, A.İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.