Mahir Emreli: “Legiya"nın ən dəbli futbolçusu mənəm” - VİDEO

 23:15 31.08.2021     312

Polşa "Legiya”sında çıxış edən həmyerlimiz Mahir Emreli klubun yutub kanalında yayımlanan "Sual vaxtı” rubrikasının qonağı olub.

Redaktor.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin hücumçusu ona verilən sualları cavablandırıb.

Hazırda İtaliyanın "Milan” klubunda çıxış edən Zlatan İbrahimoviçi öz idealı hesab edən 24 yaşlı forvard onunla eyni komandada oynamaq istədiyini bildirib. O, indiyədək qarşılaşdığı ən məşhur şəxsin hazırda Madrid "Real”ında çıxış edən belçikalı yarımmüdafiəçi Eden Azar olduğunu söyləyib.

Həmçinin, Emreli "Legiya”nın ən dəbli futbolçusu kimdir?” sualına "Mən” deyə cavab verib.