"Fiziki və psixoloji cəhətdən yaxşı vəziyyətdəyik" - Şahruddin

 01:20 01.09.2021     102

“Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq"

Redaktor.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçısı Şahrudddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində sabah Lüksemburqla keçirilən oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, Lüksemburq millisinin gücünü qiymətləndirmək lazımdır: "Yaxşı heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”. //Qol.az