"Barselona" Kumanla şərt kəsdi

 17:55 01.09.2021     102

İspaniya "Barselona"sının rəhbərliyi komandanın baş məşqçisi Ronald Kumanla danışıqlara başlayıb.

Redaktor.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssislə yeni müqavilə imzalamaq istəyir.

Lakin sözləşmənin yenilənməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: komanda yaxşı oyun nümayiş etdirməli, titullar qazanmalı, baş məşqçi klubun müəyyən etdiyi strategiyaya riayət etməlidir.

Qeyd edək ki, Ronald Kuman "Barselona"ya ötən ilin avqustundan başçılıq edir.