"Neftçi"nin futbolçusu "Olimpiakos"la müqavilə bağlayıb

 18:25 01.09.2021     301

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstan “Olimpiakos”una satıb.

Redaktor.az xəbər verir ki, klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.