"Neftçi" braziliyalı hücumçu ilə müqavilə imzalayıb

 21:37 01.09.2021     462

“Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən