Şəhriyar 1/4 finalda Aronyana məğlub olub

 02:20 02.09.2021     103

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsində məğlub olub.

Redaktor.az xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyunlarında ermənistanlı Levon Aronyana 1:2 hesabla uduzan təmsilçimiz yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, dörddəbir finalın ilk qarşılaşmasında şahmatçımız rəqibinə 1:3 hesabla məğlub olmuşdu.

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess USRapid” turniri sentyabrın 5-dək davam edəcək. //Axar.az