Ronaldo millimizlə oyunu buraxacaq

 04:53 02.09.2021     115

DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Redaktor.az xəbər verir ki, komandanın lideri Kriştiano Ronaldo cəzalı duruma düşüb. 36 yaşlı hücumçu seçmə mərhələdə bu gün İrlandiya ilə keçirilən görüşdə (2:1) sarı vərəqə alıb. Bununla da sarı vərəqə limitini dolduran kapitan millimizlə Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. //Qol.az