Türkiyə klubu baş məşqçisini istefaya göndərib

 19:35 02.09.2021     83

Futbol üzrə Türkiyə Super Liqasının 2021/2022 mövsümündə 5-ci baş məşqçi istefası gerçəkləşib.

Redaktor.az xəbər verir ki, "Alanyaspor" komandası Çağdaş Atanla yollarını ayırıb.

41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Türkiyə çempionatında daha əvvəl "Kasımpaşa", "Kayserispor", "Adana Demirspor" və "Göztepe" baş məşqçiləri ilə vidalaşıb. //Report