PSJ İspaniya millisinin üzvünü yola saldı

PSJ heyətinə yeni futbolçu qatıb.
Redaktor.az xəbər verir ki, Fransa nəhəngi Portuqaliya yığmasının və Lissabon “Sportinq”inin müdafiəçisi Nunu Mendeşlə güclənib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb. Parislilər gənc futbolçunun transfer hüquqlarını almaq istəsə, qarşı tərəfə 40 milyon avro ödəyəcəklər.
Mendeş “Sportinq”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 47 oyuna çıxaraq 1 qol vurub. Müdafiəçi Portuqaliyanın əsas yığmasında da 6 oyun keçirib.
PSJ öz futbolçusu Pablo Sarabiyanı isə “Sportinq”ə icarəyə verib. İspaniya yığmasına da dəvət alan 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Portuqaliya klubunun formasını geyinəcək. “Real Madrid”in yetirməsi olan Sarabiya 2019-cu ildən çıxış etdiyi Paris təmsilçisində 79 matça çıxıb, 22 qol vurub. O, “Xetafe” və “Sevilya”da da top qovub. //Fanat.az