Lamiyə Vəliyeva rekordla Paralimpiya çempionu oldu

Azəraycan atleti Lamiyə Vəliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.
Redaktor.az xəbər verir ki, o, 400 metr məsafəyə qaçış yarışının finalında 55,00 saniyə nəticə göstərərək finişə birinci çatıb. 19 yaşlı idmançımız həmçinin yeni Paralimpiya rekordu da müəyyənləşdirib.
Finaldakı digər təmsilçimiz Yuliya Yanovskaya jsə 57,18 saniyə ilə beşinci olub.
Qeyd edək ki, bu, Lamiyənin Tokio Paralimpiadasında ikinci medalı olub. O, avqustun 31-də baş tutan 100 metr məsafəyə qaçış yarışında gümüş medal qazanmışdı.