Boksçularımız beş medalı rəsmiləşdirdi - MDB Oyunları

 17:55 04.09.2021     303

Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında Azərbaycan daha beş medal qazanıb.

Redaktor.az xəbər verir ki, dünən yarımfinalda məğlub olan Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.

Bundan əlavə, bu gün yarımfinalda uduzan kişi boksçular – Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıb.

Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 7 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında ikinci pillədə qərarlaşıb. İlk sırada 5 qızıl, 2 gümüş və 6 bürünc medalla Rusiya yer alıb.

Xatırladaq ki, dünən yunan-Roma güləşində Azərbaycan idmançıları 6 medal (3 qızıl, 1 gümüş və 2 bürünc) qazanıb. //Oxu.az